8 min müsəlmanı öldürən prezidentə cəza — Tarixi qərar

MARAQLI 21 mar 2019, 00:17

Beynəlxalq Cəza Məhkəməsinin Apellyasiya Şurası “Bosniya qəssabı” kimi tanınan sabiq Serbiya prezidenti Radovan Karaciçlə bağlı yekun qərarını açıqlayıb. 


Demokrat.az xəbər verir ki, məhkəmə 1994-cü ildə törədilmiş Srebrenitsa qətliamının əsas səbəbkarlarından Karaciçi ömürlük həbsə məhkum edib.


Bununla da 3 il davam edən apellyasiya prosesi də başa çatıb.


Qeyd edək ki, Srebrenitsa qətliamı 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.(axar.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top