ƏN AZ EFFEKTLİ YERLİ BANK — “Express Bank” sonuncudur

Azərbaycanda aktivlərindən ən yaxşı və ən pis istifadə edən banklar məlum olub. Ölkədə fəaliyyət göstərən 30 bank ötən il cəmi 279,4 milyon manat xalis mənfəət əldə edib ki, bu da bank sektoru üçün olduqca kiçik rəqəmdir və ötən illə müqayisədə 2 dəfə azdır. Eyni zamanda, bu göstərici onların bu il yanvarın 1-nə malik olduqları 29 502,4 milyon manat məbləğində aktivlərin 0,95 faizi qədərdir.


2018-ci ili mənfəətlə başa vurmuş 25 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) olub. 


Demokrat.az-ın məlumatına görə, bu bankın əldə etdiyi mənfəət aktivlərinin 5,4 faizini təşkil edib. 


Qeyd edək ki, ABB aktivlərinin məbləğinə görə də, ölkədə liderdir.


Fəaliyyət effektivliyinə görə, 2-ci yeri “AFB Bank” ASC tutub. Bu bankun əldə etdiyi mənfəət aktivlərinin 5,2 faizi qədər olub. Baxmayaraq ki, “AFB Bank” aktivlərinin məbləğinə görə, Azərbaycanda 16-cıdır.

3-cü yerə isə 4,4 faizlik göstərici ilə “Unibank” çıxıb. Xatırladaq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə 9-cudur.


Mənfəətlə işləmiş qalan 22 bankdan 4-də sözügedən göstərici 2-4 faiz arasında, 6 bankda 1-2 faiz arasında, 12 bankda isə 0-1 faiz arasında dəyişir.


Yerli banklar arasında ən az effektli bank, mənfi 6 faiz göstərici ilə “Express Bank” olub. Baxmayaraq ki, bu bank aktivlərinin həcminə görə heç də son yerlərdə deyil.


30 bank arasında 18-ci olan “Express Bank”-ın aktivləri 400 milyon manata yaxındır. Həmçinin, bu bank 2017-ci ili mənfəətlə başa vurduğu halda, ötən ili zərərlə qapadıb ki, bu da bankın reputasiyasına müsbət təsir göstərə bilməz. Rusiya “kökənli” “Nikoyl Bank” və “Bank VTB Azərbaycan” isə daha zəif göstəricilərlə siyahıdakı son yerləri bölüşdürürlər.(Marja)

20 Mart 2019, 22:35   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin