Azərbaycanda “18+” tamaşanın premyerası olacaq — FOTO

MARAQLI 20 mar 2019, 18:58

Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Pərvinin “Mən öləndə, ağlama” pyesi əsasında yeni mono-tamaşa hazırlanıb.


Demokrat.az  xəbər verir ki, mono-tamaşanın rejissoru Ayla Osmanovadır.


Səhnə əsərində Leyla obrazını aktrisa Səbinə Məmmədova canlandırır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova, səhnə tərtibatı Reyhan Aslanovaya aiddir.  


 “18+” olan tamaşa gənc və gözəl Leylanın taleyindən bəhs edir. “Mən öləndə, ağlama” tamaşasının premyerası martın 29-u saat 19:00-da Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində baş tutacaq.(Unikal.org)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top