"Astananın adı dəyişdirilib Nursultan olmalıdır" — Qazaxıstanın yeni prezidenti

GÜNDƏM 20 mar 2019, 16:58

Bu gün səlahiyyətlərinin icrasına başlayan Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev paytaxt Astananın Nursultan adlandırılmasını təklif edib.


Demokrat.az “Sputnik Kazaxstan”-a istinadən xəbər verir ki, parlamentdə andiçmə mərasimindən sonra çıxış edən K. J. Tokayev deyib ki, Astana mütləq Nursultan adlandırılmalıdır.


Qazaxıstan prezidenti qeyd edib ki, Nursultan Nazarbayevin qazax xalqı qarşısında böyük xidmətləri var: 


“Qazaxıstan Nursultan Nazarbayevin sayəsində Mərkəzi Avropa da daxil olmaqla, postsosialist məkanının liderinə çevrilib. Bütün vilayət şəhərlərində mərkəzi küçələr Nursultan Nazarbayevin adını daşımalı, o, Qazaxıstan Xalq Qəhrəmanı adı ilə təltif olunmalıdır. Nursultan Nazarbayevə fəxri senator statusunun verilməsini də təklif edirəm”.


K. J. Tokayevin təklifləri parlamentdə alqışlarla qarşılanıb.


Qeyd edək ki, Nursultan Nazarbayev dünən prezident postundan istefa verdiyini bəyan edib. Bununla belə, N. Nazarbayev Təhlükəsizlik Şurasının və hakim Nur Otan Partiyasının sədri postunda qalır, Konstitusiya Şurasının üzvü kimi fəaliyyətini davam etdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top