Afət Fərmanqızı Nəsiminin daha bir qəzəlinə mahnı oxudu - İt hürər... (VİDEO)

ŞOU-BİZNES 19 mar 2019, 15:22

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə hindsayağı mahnı ifa etməsi ilə gündəmə gələn Afət Fərmanqızı indi də Qul Nəsiminin şeirini səsləndirib.


Publika.az xəbər verir ki, müğənni bu barədə instaqramda məlumat verib. Bu dəfə Qul Nəsiminin “Kimə nə” qəzəlinə mahnı oxuyan A.Fərmanqızı instaqramda video paylaşaraq ürək sözlərini yazıb.


“Mahnı sabahdan yutub kanalımda olacaq. İt hürər, Afət “qalik” (gelenvagen) sürər. Əziz dostlar, məndə olan bəzi məlumatalara görə, bu şeir Qul Nəsiminindir. Bəzi mənbələr isə İmadəddin Nəsimiyə aid olduğunu yazıb. Hər ikisinə də Allah rəhmət etsin. Əsas odur ki, sözləri çox gözəldir”.

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top