"Media ilə işləyən adamlar ya dəyişdirilsin, ya da onları elə islah edəsən ki, beyinləri düzəlsin" — Elçin Şıxlı

GÜNDƏM 19 mar 2019, 10:15

Prezident İlham Əliyevin ölkənin müxtəlif sahələrində problemlərin həlli ilə bağlı atdığı atdımlar cəmiyyətdə müsbət qarşılanır və eyni zamanda gözləntilər yaradır. Bu çərçivədə media sahəsində hansı addımlar atıla bilər?

 

Fəaliyyəti dayandırılmış “Ayna- Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, atılacaq addımlar barədə danışmaqdan yorulub: 

 

“Təkrar etməkdən yorulmuşam. Ona görə nə addım atılacaq hələ bilmirəm. Atılsın, sonra fikrimi deyəcəm. Təklifim çoxdur.


Birincisi, gərək hər şey kökündən dəyişdirilsin. Media ilə işləyən adamlar ya dəyişdirilsin, ya da onları elə islah edəsən ki, beyinləri düzəlsin. Beynin düzəlməsi də mümkün deyil. Çətin məsələdir. Təkliflər vermişəm, indi daha vermək istəmirəm. Bəsdir. Hər şey ortalıqdadır, illərdi deyirik. Qəzet yayımı sistemi məhv edilib. Bu bərpa olunmalıdır.
Reklam bazarı mümkün qədər özünə gətirilməlidir. Siyasi qadağalar olmamalıdır. Kimə reklam vermək olar, kimə olmaz məsələsi aradan qaldırılmalıdır. Bunu da hakimiyyətdə oturan müəyyən məmurlar edir. O məmurlar da hələ orda oturub, ona görə heç bir islahat gözləmirəm”.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top