Vicdan əzabına dözməyən türk 5 il sonra Bakıya gəlib təslim oldu — VİDEO

MARAQLI 19 mar 2019, 08:38

2011-ci ildə Türkiyə vətəndaşı Yaqub Yazıçının idarə etdiyi TIR Ağstafada içərisində 8 nəfər olan minik avtomobili ilə toqquşub və qəzada 6 nəfər azərbaycanlı ölüb. Yaqub Yazıçı hadisə yerindən qaçaraq Gürcüstana, oradan isə Türkiyəyə gedib. Onun haqqında İnterpolun qırmızı xətti ilə axtarış elan olunsa da, axtarışlar nəticəsiz qalıb.


Habertürk-ün məlumatına görə, 38 yaşlı sürücü Artvində ailəsi ilə yaşasa da, vicdan əzabı onu rahat buraxmayıb və o psixoloji problemlərdən əziyyət çəkməyə başlayıb. 5 il sonra Yaqub Yazıçı Bakıya qayıdaraq törətdiyi cinayəti etiraf edib və 10,5 il müddətinə azadlıqdan məhrum edilib.


3 ildir Azərbaycanda cəzaçəkmə müəssisəsində olan Yazıçının  ahıl valideynləri oğullarının qalan cəzasını ölkəsində çəkməsi üçün Türkiyə prezidentindən yardım istəyiblər. 


Yaqub Yazıçının bacısı ölkə rəhbərliyinə müraciət edərək bildirib: 


“Bu bir qəzaydı. Qardaşım bu dəhşətli kabusdan bir an belə uzaqlaşa bilmədi. Həmişə gedib təslim olacağını söyləyirdi.Dövlətimizdən bizə yardım etməsini istəyirik.Cəzasının qalan müddətini Türkiyədə çəkməsini istəyirik”.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top