Hadi Rəcəblidən bayram təbriki (FOTO)

SOSİAL 18 mar 2019, 23:01

Millət vəkili Hadi Rəcəbli "Novruz" Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. 

 

Demokrat.Az xəbər verir ki, deputat özünün "facebook" səhifəsindən təbriklərini çatdırıb.


Təbrikdə deyilir: Qədim zamanlardan bəri Azərbaycan xalqı Novruz bayramını həmişə ən uca tutmuşdur. Eyni zamanda Novruz ulu türk millətinin mənəvi birlik rəmzi kimi xüsusi əhəmiyyət kəsb edirdi.İllərlə müxtəlif maneələr üzündən xalqımız bu bayramı qeyd edə bilməmişdir. Ancaq liderimizin imzası ilə illər sonra bu bayramın xüsusi sevgi ilə qeyd olunmasına başlandı. Bu liderimizin xalqına, milli adət-ənənələrinə olan sevgisinin təzahürü idi.

 

Bu gün Prezidentimiz İlham Əliyev cənabları da bu sevgi ideyalarına daim sadiqdir.


Cənab Prezidentimizin “Harada yaşamasından asılı olmayaraq, bu bahar bayramını bütün azərbaycanlılar dərin məhəbbət və ehtiramla qeyd edirlər. Qoy onların bu hissləri dünya azərbaycanlılarının doğma Vətənə, ana dilinə və el-obalarına əbədi bağlılıqlarını daha da gücləndirsin” fikirlərini bir daha səsləndirərək Sizi bu gözəl Bahar bayramı münasibətilə təbrik edir və könül oxşayacaq sevincli günlər arzulayıram.

Hadi Rəcəbli adlı şəxsin şəkli.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top