“ASAN xidmət” bayram günləri işləməyəcək

SOSİAL 18 mar 2019, 21:16

Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 20-24 mart tarixlərində qeyri-iş günü olacaq.

 

Demokrat.Az Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, martın 25-dən etibarən isə mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlanmaq olar.

 

Vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzi vasitəsilə əldə edə bilərlər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top