“Əli İnsanovun ətrafında birləşmək fikrimiz yoxdur” — İqbal Ağazadə

GÜNDƏM 18 mar 2019, 20:04

"Ümid Partiyası hüquqi təşkilatdır. Bizim hansısa fərdlə, o cümlədən Əli İnsanovla hansısa formada birlik yaratmağımız mümkün deyil. Ancaq əgər Əli İnsanov siyasi fəaliyyətlə məşğul olmaq istəyirsə, buyurub, Ümid Partiyasına üzv ola bilər”.

 

Bu sözləri Bakupost.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Partiya sədri keçmiş səhiyyə nazirinin müxalifətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. 

 

İ.Ağazadə deyib ki, Ümid Partiyasının Ə.İnsanov statusunda bir şəxslə hansısa formada birlik yaratması mümkün deyil: "Bizim hər bir Azərbaycan vətəndaşının səsinə iddiamız var. Əli İnsanov da Azərbaycan vətəndaşıdır. İstəsə, buyurub partiyamıza üzv ola, hətta sədrlik uğrunda mübarizə apara bilər. Ancaq bizim Əli İnsanov və ya başqa soyadlı bir Azərbaycan vətəndaşının ətrafında birləşmək kimi bir fikrimiz yoxdur”.

 

Partiya sədrinin sözlərinə görə, gələcəkdə Ə.İnsanov hansısa təşkilat və ya partiya yaradarsa, bu zaman onun rəhbərlik etdiyi qurumun siyasi fikirlərini analiz edib, əməkdaşlığı düşünə bilərlər: "Bizim müdafiə etdiyimiz siyasi fikirlərlə, Azərbaycan üçün istədiklərimizlə Əli İnsanovun da fikirləri üst-üstə düşsə, gələcəkdə bu barədə düşünmək mümkündür”.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top