Ağac maşınların üstünə aşdı — FOTOLAR

HADİSƏ 18 mar 2019, 10:42

Bakıda güclü külək nəticəsində iki maşının üzərinə ağac aşıb.


 
Hadisə paytaxtın Təbriz küçəsində baş verib.

 

Sağlam və inkişafda olan sərv ağacı kökündən çıxaraq 10 US 420 nömrəli "Toyota Prado” və "BMW” markalı iki avtomobilin üzərinə düşüb. Nəticədə, hər iki maşına zərər dəyib.

 

Bundan başqa Bakının müxtəlif yerlərindən 10-a yaxın ağacın budaqları sınaraq yola düşüb. Həmin ərazilərdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizləmə işləri aparılır. (Qafqazinfo)

 

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top