“Facebook” Yeni Zelandiyadakı terrorla bağlı 1,5 milyon videonu silib

HADİSƏ 17 mar 2019, 23:58

“Facebook” sosial şəbəkəsi Yeni Zelandiyada məscidlərə hücumu əks etdirən 1,5 milyon videonu sildiyini bəyan edib.


Demokrat.az xəbər verir ki, bu barədə “Facebook”un “Twitter”dəki səhifəsində yer alan məlumatda bildirilir. 


Qeyd olunur ki, silinən videolardan 1,2 milyonunun təkrar yüklənməsinin qarşısı alınıb. 


“Facebook”un Yeni Zelandiyadakı nümayəndəliyinin rəhbəri bildirib ki, sosial şəbəkə videoların silinməsi ilə bağlı qərarı hadisə qurbanlarının qohumlarına hörmət əlaməti olaraq qəbul edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top