"Prezident İlham Əliyevə məni bağışladığı üçün təşəkkür edirəm" — Jurnalist Fikrət Fərəməzoğlu

GÜNDƏM 17 mar 2019, 15:57

“Azadlığa çıxdığım üçün çox sevinirəm”.


Demokrat.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan jurnalist Fikrət Fərəməzoğlu bildirib.


F. Fərəməzoğlu deyib ki, cəzaçəkmə müəssisəsində keçirdiyi günlər ona çox şey öyrədib. 


Onun sözlərinə görə, müəssisədə saxlandığı müddətdə ona qarşı münasibət normal olub: 


“Müəssisədə şərait də yaxşı idi. Prezident İlham Əliyevə əfv sərəncamı imzaladığı və məni bağışladığı üçün təşəkkür edirəm. İnanıram ki, bundan sonra cinayət və cinayətkarlar azalacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top