Əli İnsanov həbsxanadan belə çıxdı — VİDEO

GÜNDƏM 17 mar 2019, 12:32

Xəbər verdiyimiz kimi, sabiq səhiyyə naziri Əli İnsanov prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bu gün azadlığa buraxılıb.


Demokrat.az xəbər verir ki, Əli İnsanov azadlığa Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsindən çıxıb.


Bu cəzaçəkmə müəssisəsində əfv olunanların ümumi sayı 8-dir.


Demokrat.az Əli İnsanovun 11 saylı cəzaçəkmə müəssisəsindən çıxması anını çəkib. Görüntülərdən də göründüyü kimi, Əli İnsanov cəzaçəkmə müəssisəsinin çıxışında onu gözləyən "90-DE-600" dövlət nömrə nişanlı  "Mercedes-Benz S-class" model avtomobilinə əyləşərək, oranı tərk edir.  


Həmin görüntüləri təqdim edirik.    

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top