Əfv sərəncamı Hacı Məmmədovun adamına da tətbiq olundu — FOTO

GÜNDƏM 17 mar 2019, 14:36

Qobustan qapalı tipli həbsxanasında əfv sərəncamı tətbiq olunanlar arasında Kamil Sədrəddinov da var. 

 

Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə onun ömürlük həbs cəzası 20 il həbs cəzası ilə əvəzlənib.

 

K.Sədrəddinov cəzaçəkmə müəssisəsinə köçürüləcək. 

 

Qeyd edək ki, K.Sədrəddinov DİN-in Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi olub. O, DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun bandasının cinayət işi üzrə tutulub. 

 

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı, ümumilikdə, 431 nəfərə şamil olunub. ("Report")

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top