“Sarı jiletlilər” Fransanı məhv etmək istəyir” — Makron

DÜNYA 17 mar 2019, 15:30

Fransa prezident Emmanuel Makron bildirib ki, etirazçılar ölkəni məhv etmək istəyirlər.


Demokrat.az xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter”dəki səhifəsində yazıb.


“Bu gün (dünən-red) Yelisey çöllərində baş verənlər artıq nümayiş adlanmır. Bu insanlar respublikanı məhv etmək istəyirlər”, – deyə o “Twitter”də yazıb.


Onun sözlərinə görə, hazırda hökumətin əsas vəzifəsi vəziyyətin daha da pisləşməməsi üçün zəruri olanı etməkdir.


Qeyd edək ki, Fransadakı etirazlar zamanı paytaxtın əsas küçəsi ziyan çəkib. “Sarı jiletlilər” aksiyasının iştirakçıları bahalı vitrinləri dağıdıblar və üç qəzet köşkünü, həmçinin məşhur fransız restoranını yandırıblar.


Bəzi məlumatlara görə, 18-ci etiraz aksiyasında 30 mindən çox insan iştirak edib.


“Sarı jiletlilər”in son aksiyasında 60 nəfər xəsarət alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top