Bakıda NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

HADİSƏ 16 mar 2019, 21:28

Bakıda Azərbaycanın NATO ilə “Planlaşdırma və Analiz Prosesi (PAP) Tərəfdaşlıq Məqsədləri” sənədinin Azərbaycan Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.


Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO ilə əməkdaşlıq, PAP proqramı üzrə tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi, əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində uzunmüddətli perspektiv planlar, eləcə də qarşılıqlı fəaliyyətin artırılması məsələləri müzakirə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top