Həbsdən buraxılan Vidadi Zeynalovun səhhətində problem yarandı

HADİSƏ 16 mar 2019, 16:06

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (hazırda Nəqliyyat, Rabitə və Yyüksək Texnologiyalar Nazirliyi adlandırılır - red.) keçmiş aparat rəhbəri Vidadi Zeynalovun azadlığa çıxması ilə bağlı məlumat vermişdik.


Demokrat.az xəbər verir ki, bizimyol.info azadlığa çıxan Vidadi Zeynalovla əlaqə saxlayıb.


Telefonuna qardaşı Vahid Zeynalov cavab verib. O, hazırda qardaşının azadlıqda olduğunu, buna çox sevindiklərini, hazırda bütün qohum- əqrabalarının onlarda olduğunu, Vidadi Zeynalovla görüşdüklərini bildirib.


"Vidadi hazırda bizdə olan bütün qohum-əqrabalarla görüşür. Allah bütün həbsdə olanların qapısını açsın. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq azadlığa buraxılıb. Cəza müddətinin bitməsinə 7 ay qalmışdı".


Vidadi Zeynalovun cəzadan tamamilə azad olunması üçün məhkəməyə müraciət olunub-olunmayacağı haqda suala Vahid Zeynalov belə cavab verdi: "Bundan sonra da məhkəməyə müraciət etmək fikrimiz yoxdur".


"Vidadi Zeynalovun səhhətində problemlərin olduğu bildirilmişdi, hazırda onun səhhəti necədir?" sualımızı o, belə cavablandırdı:


"Səhhəti belədir ki, Vidadi müəllim tutulmamışdan qabaq dizindən və onurğasından əməliyyat olunmuşdu. O problemlər bir az da dərinləşib. Səhhəti yaxşı deyil. İnşallah həkim müayinələrindən keçirəcəyik"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top