Daha bir məscidə hücum oldu — VİDEO

HADİSƏ 16 mar 2019, 14:39

İngiltərənin paytaxtı London şəhərində Əşaadibi məscidinə hücum olub.

 
Demokrat.az Teleqraf.com-a istinadən xəbər verir ki, bir irqçi qrup məscidin qarşısında dayanmış müsəlmanlara çəkic və dəyənəklərlə hücuma keçib.


İslam dini əleyhinə şüarlar səsləndirən irqçilər müsəlmanları söyərək avtomobillə hadisə yerindən uzaqlaşıblar. Polisə xəbər verən müsəlmanlar isə onların aradan çıxmasına mane olmağa çalışıblar. 


Polis hücuma məruz qalanlar arasında 27 yaşlı bir kişinin yaralandığını bildirib.
 

Polis hadisədən dərhal sonra axtarışa başlayıb.
 

Qeyd edək ki, Yeni Zelandiyada bir məscidə silahlı hücum zamanı 50 nəfər müsəlman qətlə yetirilib.


Hadisənin görüntülərini təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top