Erməni millətçisi olan Simonyanın əri Bakıda toplantı keçirdi — Azərbaycan jurnalistlərini təhdid etdi (FOTOLAR)

HADİSƏ 15 mar 2019, 23:20

Bu gün redaksiyası Bakıda yerləşən “Sputnik Azərbaycan”da təcili toplantı olub. 


Demokrat.az "İlkxeber.org" saytına istinadla xəbər verir ki, toplantını Moskvadan gələn “Sputnik" agentliyinin bölgələr üzrə rəhbəri Andrey Blaqodırenko aparıb. 

 

A.Blaqodırenko “Sputnik”in erməni millətçisi olan baş redaktoru Marqarita Simonyanın həyat yoldaşıdır.


A.Blaqodırenko iclasda bildirib ki, Azərbaycanda Mətin Yaşaroğlunun işdən çıxarılması ilə bağlı qaldırılan ajiotaja heç bir önəm vermir və “Sputnik”in Qarabağla bağlı kursunda heç bir dəyişiklik olmayacaq.


A.Blaqodırenko iclasda həmçinin qeyd edib ki, Azərbaycan hakimiyyətinin ölkədə “Sputnik”i bağlamağa və rəhbər Əziz Əliyevi (anasının erməni olduğu deyilir) kənarlaşdırmağa gücü çatmaz. 


“Biz Rusiyanı təmsil edirik və Qarabağ və digər məsələlərlə bağlı siyasəti biz müəyyən edirik, sizin hakimiyyət yox”, -deyə A.Blaqodırenko vurğulayıb.


Xatırladaq ki, “Sputnik Azərbaycan”ın şef redaktoru Mətin Yaşaroğlu Azərbaycanın milli maraqlarının müdafiə etdiyi, agentliyin fəaliyyətində erməni siyasətinin önündə durduğu üçün bugünlərdə vəzifəsindən kənarlaşdırılıb.


Turkustan.info olaraq bildiririk ki, Ermənistanın işğalçı siyasətini hər zaman dəstəklədiyi üçün erməni Marqarita Simonyan prezident Serj Sarkisyan tərəfindən Ermənistanın yüksək dövlət mükafatına layiq görülüb. 


İndi, belə bir erməni xidmətçisinin ərinin rahat şəkildə əllərini sallayaraq Bakıya gəlməsi, burada toplantı keçirərək agentlikdə çalışan azərbaycanlı jurnalistlərə hədə-qorxu gəlməsi təəccüb doğurur. Sərhəddən, hava limanından quş uçurtmayan əlaqədar qurumlarımız necə olub ki, bu erməni sevdalısının rahat bir şəkildə Bakıya ayaq basmasına göz yumublar…

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top