"Tibbi sığortadan sonra qanunsuz ödənişlərin qarşısı alınacaq"

SOSİAL 15 mar 2019, 22:59

2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiq olunacaq. Bununla da qanunsuz ödənişlərin qarşısı alınacaq. 

 

Bunu millət vəkili Rəşad Mahmudov parlamentin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

 

“İcbari tibbi sığorta sisteminin tətbiq edilməsindən sonra tibb işçiləri qanuni şəkildə gəlir əldə etmək imkanı əldə edəcəklər”, - deyən millət vəkili Azərbaycanda lazımi tibbi xidmət göstərmək üçün bütün imkanların olduğunu söyləyib və əlavə edib ki, son illər 700-dən çox texnika ilə təmin edilən xəstəxanalar məhsuldarlığın artırılmasına imkanlar yaradır:

 

“Bütün bunlarla yanaşı, tibbi xidmətin əlçatanlığı, xidmətin keyfiyyətinin artırılması vacibdir”.

 

Millət vəkilinin qeyd etdiyinə görə, görülən işlərlə yanaşı, xəstəxanaların keyfiyyət statusuna görə akkreditasiyadan keçirilməsi, standartların, ixtisaslaşmış tibb personalının akkreditasiya qaydalarının hazırlanması, ailə həkiminin funksionallığı, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavələr edilməsi mühüm məsələlərdən biridir:

 

“Qida təhlükəsizliyi ilə əlaqədar qısa müddətdə görülən işlərin gələcəkdə daha sağlam gələcəyin formaslaşmasında mühüm xidməti olacaq. İcbari tibbi sığorta daha geniş şəkildə tətbiq edilməlidir”.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top