Avropa Liqasında 1/4 final cütləri müəyyənləşdi

İDMAN 15 mar 2019, 16:45

Avropa Liqasında 1/4 və yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

 

Matc.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında püşkatma mərasimi olub.

 

Tədbir Bakı vaxtı ilə 16:00-da start götürüb. Dünən keçirilən qarşılaşmalardan sonra 1/4 finala adlayan komandalar final yolunda son rəqiblərini tanıyıb.

 

Eyni zamanda Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici görüşün nominal meydan sahibi ilə bağlı da püşk atılıb.

 

Avropa Liqası

1/4 final

"Napoli" - "Arsenal"

"Vilyareal" - "Valensiya"

"Benfika" - "Ayntraxt"

"Slaviya" - "Çelsi"

 

Yarımfinal

"Napoli" / "Arsenal" - "Vilyareal" / "Valensiya"

"Benfika" / "Ayntraxt" - "Slaviya" / "Çelsi"

 

Final

İkinci yarımfinalın qalibi - Birinci yarımfinalın qalibi

 
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları 11-18 apreldə, yarımfinalın görüşləri isə 2-9 may tarixlərində keçiriləcək.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top