"Elnur çətin hərbi hissədə əsgərlik edib" — Nazim İbrahimovun oğlunun hərbi xidmət yeri AÇIQLANDI

Tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) qardaşı oğlu Elnur İbrahimovun guya hərbi xidmətdən yayınması barədə yayılan məlumatlara münasibət bildirib. 


İş adamı Demokrat.az-a açıqlamasında yayılan məlumatların tamamilə yalan və böhtan olduğunu deyib:


"Qardaşım oğlu Elnur İbrahimovun hərbi xidmətdən guya yayınması barədə yayılan xəbərlər tamamilə yalan və cəfəngiyyatdır. Elnur İbrahimovun hərbi xidmətini necə şərəflə keçməsi yaxşı yadımdadır. Elnur olduqca çətin və şərəfli xidmət aparan hərbi hissədə əsgərlik edib. O, Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi hissələrindən birində xidmət keçib. Kim istəsə, gedib bu faktı dəqiqləşdirə bilər". 

 

Related image


İbrahim Nehrəmli qeyd edib ki, Nazim İbrahimova qarşı aparılan bu cür qarayaxma kampaniyasının əsas məqsədi Bakıda keçirilən VII Qlobal Forumuna kölgə salmaqdır:


"Bilirsiniz ki, dünən Bakıda cənab Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb. Bu mötəbər forumda 55 ölkədən 500-dən çox nüfuzlu şəxslər, o cümlədən 5 xarici dövlətin prezidenti, 1 baş naziri, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər iştirak edirlər. Bu cür mötəbər tədbirin təşkilində şübhəsiz ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böyük rola malikdir. Hesab edirəm ki, belə bir ərəfədə qardaşım Nazim müəllimə qarşı bəzi yalan və xoşagəlməz xəbərlərin tirajlanması sözügedən forumu gözdən salmağa hesablanıb".


Zaur Hacılı
Demokrat.az

15 Mart 2019, 17:13   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin