“Elmi şuralar “anekdot” yeri olmamalıdır” — Deputat

SOSİAL 15 mar 2019, 17:38

“Universitetlərdəki müdafiə şuralarının tərkibi sağlamlaşdırılmalıdır. 20-25 il əvvəl güc-bəla ilə elmi iş müdafiə edən və xaricdə bir kitabı, məqaləsi çıxmayan şəxsləri həmsədr qoymaq olmaz. Bu, Azərbaycan elminə ayıbdır. Elmi şuralar “anekdot” yeri olmamalıdır, elmimiz xaricə çıxmalıdır”. 


Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.


Onun sözlərinə görə, bəzi universitetlərdə 3-4 nəfərlik heyət yaradılır və universitetin 700 nəfərlik müəllim kollektivinin məqaləsini oxuyur, xaricdə dərc olunub olunmaması ilə bağlı tövsiyə verir: 


“4-5 nəfər heç bir zaman 700 nəfərin məqaləsini oxuya bilməz. Bu, fiziki baxımdan mümkün deyil. Bir şəxs və ya bir neçə şəxs bütün sahələr üzrə mütəxəssis ola bilməz”.


O, deputatı olduğu rayondan da danışıb: 


“2003-cü ildən bəri cənab Prezidentin Yardımlıya ayağı dəyən andan bəri Yardımlının siması dəyişib. Xəyallara gəlməyən işlər həyata keçirilir. Asfalt yollar çəkilir, elektirik enerjisi problemi yoxdur. Təbii qazla təmin olunma prosesi başlayıb və davam etməkdədir. Tam səmimi söyləyirəm ki, cənab Prezidentin Yardımlıya ayağının dəyməsi oraya xeyir-bərəkət gətirdi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top