"Silahlı Qüvvələrə Yardım Fondundakı vəsaitlərin məbləği 100 milyona yaxınlaşır" — Baş nazir

SOSİAL 15 mar 2019, 14:21

"Keçən il Azərbaycan Silahlı Qüvvələrinin ən yeni hərbi texnika, o cümlədən yüksək dəqiqlikliyə malik raket sistemləri, pilotsuz uçan aparatlar, radioelektron qurğularla təchiz edilməsi diqqət mərkəzində olub”.


Demokrat.az xəbər verir ki, bunu bu gün baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirib.


N.Məmmədov deyib ki, Silahlı Qüvvələrin ötən il Naxçıvanda keçirdiyi uğurlu əməliyyatı nəticəsində Günnüt yaşayış məntəqəsi işğaldan azad edilib: 


“Keçən il müdafiə sənayesi müəssisələrində 1200 növə qədər 250 milyon manat dəyərində məhsul istehsal edilib”.


Baş nazir qeyd edib ki, 2018-ci ildə cəmiyyətin müxtəlif təbəqələri tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 8,4 milyon manat pul köçürülüb, Fonddakı vəsaitlərin məbləği 96,8 milyon manata çatıb.


Qeyd edək ki, 1 mart 2019-cu ilə olan məlumata görə, Silahlı Qüvvələrə Yardım Fondunda 97.647.955,09 manat, 213.577,88 dollar, 15.736 avro və 5000 rubl toplanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top