“Bu islahatların nəticələri göz qarşısındadır” — Oqtay Əsədov

“2018-ci il ölkəmizin sosial siyasət həyatında ciddi il olub. Ölkə başçısının Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı iclasında söylədiyi kimi, 2018-ci il Azərbaycanda dərin islahatlar ili oldu. Bu islahatların nəticələri göz qarşısındadır. Görülən işlər nəticəsində iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilib”.


Demokrat.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında spiker Oqtay Əsədov deyib.


O qeyd edib ki, cari ilin əvvəlində minimum əmək haqları, təqaüdlərin, pensiyaların artırılması və digər sosial məsələlərin həlli həyata keçirilən siyasətin nəticəsidir: 


“Aparıcı təşkilatlar bu islahatları yüksək qiymətləndirir. Dünya Bankının hesabatında ölkəmiz əvvəlki hesabatlarla müqayisədə 22 pillə irəliləyib. Digər hesabatlarda da Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bir sıra layihələr yadda qalıb, iqtisadiyyatın şaxələndirilməsi, aqrar sahəyə diqqət daha da artırılıb. Valyuta ehtiyatları ötən il 45 milyard dollara çatıb”.

15 Mart 2019, 14:09   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin