Yeni Zelandiyada iki məscidə hücum — 27 ölü, 30 yaralı (YENİLƏNİB)

DÜNYA 15 mar 2019, 10:52

Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məscidə silahlı hücum olub.


Demokrat.az xəbər verir ki, terror aktları nəticəsində 27 nəfər ölüb.


Məlumata görə, 1 nəfər saxlanılıb. Lakin, silahlı şəxslərin daha çox olduğu bildirilir.


Hadisənin baş verdiyi ərazilər nəzarətə götürülb. Hazırda polislər genişmiqyaslı əməliyyat keçirir.


***


TASS agentliyinin verdiyi məlumata görə, silahlılar Əl-Nur və Linvud Məscid məscidlərinə hücum ediblər. Ən az 30 yaralının olduğu deyilir.


Məlumata görə, iki məsciddə ümumilikdə 500-ə yaxın adam olub.


***


“İnterfaks” xəbər verir ki, Yeni Zelandiya polisi hücumda şübhəli bilinən 4 nəfəri saxlayıb. Onlardan üçünün kişi, birinin isə qadın olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top