"Azərbaycana qarşı söyüş kampaniyasının başında ABŞ Dövlət Departamentində oturanlar durur" — YAP-dan hesabata SƏRT REAKSİYA

GÜNDƏM 14 mar 2019, 22:41

"ABŞ Dövlət Departamentinin hesabatı heç bir fakta, araşdırmaya söykənmir". 


Demokrat.az xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Səyavuş Novruzov ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının vəziyyətinə dair hesabatını "Amerikanın səsi" radiosuna şərh edərkən deyib.


"Dövlət Departamenti köhnə materialları belə dəyişdirmədən dərc edib. Yəni, Əli Kərimlinin, Milli Şuranın bəzi üzvlərinin yazdıqlarının nöqtə-vergülünü belə dəyişmədən hesabata daxil ediblər. İstinad etdikləri mənbə nədir? Ailə üzvlərimi? Ailə üzvləri deyəcək ki, onun qohumu cinayət törədib? İnsanları toka vermək, ayaqlarının altına dubinka ilə, belə deyək də, vurmaq, nə bilim, nə... Orada olmusan, iştirak etmisən, görmüsən? Hansı əsasla yazmısan?", o sual edir.


Onun sözlərinə görə, bazar, çayxana, küçə söhbətləri dövlət sənədi səviyyəsinə çıxmamalıdır. Burada fundamental araşdırma olmalıdır".


O, hesabatı birtərəfli hesab edir. Belə hesabatların yayılmasında xüsusi maraqlar var. "Çünki Azərbaycanın müstəqil siyasəti onlara sərf etmir. Onlar istəyirlər ki, Azərbaycan dövləti onların diqtəsi ilə durub-otursun, digər ölkəyə", - S.Novruzov vurğulayıb.


"Azərbycanda 20-dən çox internet televiziyası fəaliyyət göstərir. Bu gün xaricdə oturub Youtube, digər beynəlxalq internet resursları vasitəsi ilə Azərbaycana qarşı söyüş, böhtan kampaniyası aparılır. Bunun başında da Dövlət Departamentində oturanlar durur. Bu, onların maliyyəsi, öyrətməsi nəticəsində baş verir", - S.Novruzov bildirir.


"Mən də soruşa bilərəm Kennedini kim öldürüb? Getsinlər tapsınlar. Kennedini öldürəni niyə indiyədək tapa bilmirlər? Və yaxud Quantanamoda edilən işgəncəyə görə kimsə cəzalandırılıb? Bir-ikisinin adını açıqlasınlar", - o qeyd edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top