"Ajiotaj yaratmaq istəmirəm" — Elmar Məmmədyarov

SİYASƏT 14 mar 2019, 16:55

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hazırda Bakı ilə Yerevanın Azərbaycan prezidenti İlham Əliyevlə, Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşünün təqvimini razılaşdırmağa çalışdıqlarını bildirib.


Demokrat.az xəbər verir ki, nazir  “İnterfaks- Azərbaycan” agentliyinə verdiyi açıqlamada  deyib ki, Azərbaycan prezidenti və Ermənistan baş nazirinin görüşə hazırlıqlar gedir:


"Həmsədrlər bu istiqamətdə iş aparır. Hazırda təqvimlər razılaşdırılmaq üzrədir. Razılıq əldə olunsa, sonradan elan olunacaq".


Məmmədyarov erməni həmkarı ilə görüşün yüksək səviyyəli görüşdən əvvəl keçiriləcəyini istisna etməyib: 


“Hər şey ola bilər. Qabaqcadan danışıb ajiotaj yaratmaq istəmirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top