Samir Şərifovdan problemli kreditlərlə bağlı ŞAD XƏBƏR

İQTİSADİYYAT 14 mar 2019, 12:59

"Problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanda nəzərdə tutulan bütün işlər həyata keçirilir".


Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. 


Nazirin sözlərinə görə, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla iş aparılır, kreditlərin sayı dəqiqləşdirilir.


"Bunun əsasında müvafiq işlər görüləcək, ödənişlər normal qaydada həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı problem görünmür. Maliyyə Nazirliyində "qaynar xətt" yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top