AZAL-ın 10 ədəd sifariş verdiyi təhlükəli təyyarələrin istifadəsinə ABŞ da qadağa qoydu

DÜNYA 14 mar 2019, 12:37

ABŞ-da “Boeing 737 MAX 8” və “MAX 9” tipli sərnişin təyyarələrinin uçuşları dayandırılıb. 


Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.


Onun sözlərinə görə, hazırda havada olan təyyarələrin istismarı yerə endikdən sonra dayandırılacaq. 


Qeyd edək ki, dünyanın imtina etdiyi bu təyyarələrdən AZAL 10 ədəd alınması üçün sifariş verib. 

 

AZAL prezidenti Cahangir Əsgərov deyib ki, şirkət bu tipli təyyarələri nəinki uçuşa yasaqlamağı düşünür, hətta yaxın üç ildə 10 ədəd yeni "Boeing 737 Max 8” təyyarə alınacaq. 

 

 
Dünyanın az qala bütün dövlətlərinin insan həyatını önəmsəyib imtina etdiyi bu təyyarələr Azərbaycan hava yollarında istifadəyə davam ediləcək. Yəni AZAL-dan istifadə edən yüzminlərlə azərbaycanlı və xarici vətəndaş ölüm təhlükəsi ilə üz-üzə qalmağa davam edəcək. 


Onu da bildirək ki, martın 10-da Efiopiyada “Boeing 737 Max 8” sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər həlak olub. Bu hadisədən sonra bir sıra ölkələr “Boeing” təyyarələri ilə uçuşları dayandırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top