Sabah Novruz Məmmədov Milli Məclisdə hesabat verəcək — İLK DƏFƏ

HADİSƏ 14 mar 2019, 10:14

Sabah – martın 15-də Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.


Demokrat.az xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ – Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat daxildir.


Hesabatı Baş nazir Novruz Məmmədov təqdim edəcək. Bu, N.Məmmədovun parlamentə təqdim edəcəyi ilk hesabatdır.


Plenar iclasda hökumət üzvləri də iştirak edəcəklər.


Xatırladaq ki, Novruz Məmmədov ötən il aprelin 21-də Baş nazir vəzifəsinə təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top