“Azərsun” Holdinqdə haqq-ədalət yoxdu” — Şirkətə aid mühafizə xidməti MƏHKƏMƏYƏ VERİLDİ

HADİSƏ 14 mar 2019, 09:03

“Azərsun” Holdinqin tərkibində olan “Xəzər” Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-nin əməkdaşı Kənan Orucəliyev Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı məktubunda çalışdığı şirkət tərəfindən qanunsuzluğa məruz qaldığını bildirib.


Demokrat.az xəbər verir ki, Kənan Orucəliyev bizə müraciətində qeyd edir ki, hadisə Dübəndi neft terminalında baş verib. 


Belə ki, mühafizəçi xidməti rəhbərliyinin kobud və nalayiq ifadələrinə etiraz edəndən sonra təzyiqlərə məruz qalıb. 

 

Картинки по запросу azersun holding


““Azərsun” Şirkətində qeyri-qanuni işləyən bizim sahə rəisimiz, Xəzər Rayon Mühafizə İdarəsinin polis əməkdaşı Ramiz Rüstəmov düzülüşdə təlimat keçdiyi zaman söyüş söyüb, bizi təhqir etdiyi üçün etik çərçivədə etirazımı bildirdim. Ancaq R.Rüstəmov durmadan söyüşü 3 dəfə təkrarladı. Hətta onun özbaşınalığına etiraz edəndə “Azərsun”da müdiriyyət müdiriyyətin sözünü eşidir, sizi kim eşidecek? “Azərsun”da haqq-ədalət yoxdu” deyə, özünəarxayınlıqla cavab verdi. Bundan sonra, 11.12.2018-ci ildə etirazıma görə mənə töhmət verildi, iş yerim dəyişdirildi, maaşım kəsildi və töhmətlə razılaşmayıb, imzalamadığım üçün 10 gün işə buraxılmadım…”.


Özünə qarşı haqsızlıq edildiyini bildirən zərərçəkmiş bununla bağlı şirkət rəhbərliyinə şikayət etsə də, onun probleminə məhəl qoyulmayıb. Buna görə də Dövlət Əmək Müfəttişliyinə müracət etməli olan mühafizəçinin şikayətinə burada da gözlədiyi reaksiya verilməyib: “Əmək Müfəttişliyinə bizim şirkətdən cavab olaraq bildirilib ki, şikayətçi əmakdaşa töhmət verilməyib və o, guya öz hesabına məzuniyyət götürüb (Saxta məzuniyyət sənədi düzəldilib). Məni işə buraxmadıqları halda, işə gəlməməyimlə bağlı mənə xəbərdarlıq məktubu göndərdilər. İllər boyu sahə rəisimiz olan R.Rüstəmovun isə, ümumiyyətlə şirkətin əməkdaşı olmadığını qeyd ediblər…”.

 

Картинки по запросу azersun holding


Hələ 2013-cü ildə şirkətdə qəza nəticəsində çiynindən ciddi xəsarət alan zərərçəkmiş, o vaxt şirkətin mənafeyini üstün tutaraq şirkətdən heç bir orqana şikayət etmədiyini və heç bir təzminat tələb etmədiyini də bildirib. Lakin hazırda üzləşdiyi ədalətsizlikdən şikayət etməyə məcbur qaldığını deyir. 2010-cu ildən mühafizə xidmətində çalışan şikayətçi Daxili İşlər Nazirliyi və Dövlət Əmək Müfəttişliyinə etdiyi müraciətlərin nəticə verməməsi səbəbindən məhkəməyə üz tutmalı olub. Hazırda onun işi Sabunçu Rayon Məhkəməsində hakim İmran Burcayevin icraatındadır.


K.Orucəliyev sonda böyük bir holdinqin qarşısında tək qaldığını qeyd edərək, Mehriban Əliyevadan yardım istəyib.(“AzPolitika.info”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top