Elnur Məmmədli qəzaya düşdü — FOTOLAR

HADİSƏ 14 mar 2019, 09:51

2008-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədlinin idarə etdiyi avtomobil qəzaya uğrayıb.


“Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində baş verib.


Belə ki, yüksək sürətlə hərəkətdə olan Rusiya Federasiyasına məxsus B 862 CA 73 qeydiyyat nişanlı “VAZ 21 08″ markalı minik avtomobili Elnur Məmmədlinin idarə etdiyi 90 NT 555 dövlət qeydiyyat nişanlı “KİA Cadenza” markalı avtomobilə çırpılıb.


Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top