Bakıda intihara cəhd — Özünü körpüdən atmaq istədi

HADİSƏ 13 mar 2019, 13:40

Avtomobili cərimə meydançasına aparılan şəxs özünü körpüdən atmaq istəyib.


Demokrat.az-ın məlumatına görə, hadisə paytaxtın Binə qəsəbəsi ərazisində qeydə alınıb. 


“Binə” körpüsünə çıxan 35-40 yaşlarında kişi özünü atmaq istəyib. Hadisə yerinə gələn polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onu fikrindən daşındıra bilib.


İntihara cəhdin qarşısı alınıb.


İlkin məlumata görə, vətəndaş avtomobilinin cərimə meydançasına aparılmasına etiraz olaraq bu addımı atıb.


Faktla bağlı araşdırma aparılır.(ONA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top