“Gömrük Hospitalında rəisin xüsusi şöbəsi yaradılmışdı” — Məhkəmə işi

KRİMİNAL 12 mar 2019, 20:52

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, müavini Fərman Məmmədli və digər şəxslərin məhkəməsi keçirilib. 


Demokrat.Az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, prosesdə Fərman Məmmədli bildirib ki, Gömrük Hospitalında xüsusi olaraq "Fikrət Qədiməliyev şöbəsi” yaradılıbmış: "Bu şöbədə yalnız Fikrət Qədiməliyevin ailə üzvləri, qohumları və tanışları qəbul olunurdu. Həmin adamlara bütün xidmətlər pulsuz idi”. 


Hospitalın əczaçısı Sevinc Qurbanova deyib ki, gün ərzində 1000 manatlıq mal satsalar da, yalnız 20-30 manatı rəsmiləşdiriblər: "Bizə belə göstəriş verilmişdi”. 


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisinin müavini Azər Mustafayev deyib ki, bəzi şirkətlərin malları yoxlanılmadan gömrükdən keçirilib. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top