AzTV mətbuat katibi təyinatıyla bağlı xəbəri təkzib etdi

SOSİAL 12 mar 2019, 19:57

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) yeni mətbuat katibi təyinatı ilə bağlı xəbər təsdiqini tapmayıb. 

 

Bu barədə “Qafqazinfo”ya AzTV-də baş redaktor vəzifəsini tutan Azər Qismət məlumat verib. Onun sözlərinə görə, quruma jurnalist Mübariz Aslanovun mətbuat xidməti gətirilməsi xəbəri həqiqəti əks etdirmir, belə bir təyinat olmayıb. 

 

Qeyd edək ki, M.Aslanovun yeni mətbuat katibi olması ilə bağlı xəbər ötən gün KİV-də yayılmışdı. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top