Kamilin anası danışdı: “Qanun qarşısında cavab verəcək”

KRİMİNAL 12 mar 2019, 15:23

İdmançı Kamil Zeynallının anası Sahilə Zeynallı oğlunun polis tərəfindən saxlanılaraq Nərimanov Rayon Məhkəməsinə aparılmasından danışıb.


 
Lent.az-a açıqlama verən S.Zeynallı bildirib ki, K.Zeynalının həbs olunma xəbəri düzdür: “Kamil instaqramda bir lazımsız paylaşıma görə bir neçə sutka dövlətin qanunu qarşısında cavab verəcək”.


 
Məhkəmədən aldığımız məlumata görə, Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib.


 
O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.


 
Qeyd edək ki, bu xəbəri ilk olaraq Report yayıb. Xəbərdə Kamilin hazırda məhkəmədə olduğu bildirilib. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top