Konor Makqreqor həbs edildi

DÜNYA 12 mar 2019, 09:26

İrlandiyalı döyüşçü Konor Makqreqor ABŞ-ın Florida ştatında polis tərəfindən həbs edilib.

 

Məşhur döyüşçü Mayami-Biç səmtində fanatı ilə münaqişəyə görə saxlanılıb. Polisdən verilən məlumata görə, idmançı onunla foto çəkdirmək istəyən şəxsə qarşı aqressiv davranıb.

 

Makqreqor qaldığı oteldən çıxaraq “LİV” gecə klubuna doğru hərəkət edirmiş. Bu zaman əlində telefon olan fanatı ona yaxınlaşıb. Makqreqor telefonu əlindən alaraq qırır və yoluna davam edir. Zərərçəkən polisə müraciət edib.


Telefonun qiyməti min dollardır. Növbəti gün Makqreqor saxlanılıb. Ona qarşı quldurluq və ziyan vurma maddəsi ilə ittiham elan edilib. (“Ölkə.Az”)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top