Ermənistanın Təhlükəsizlik Şurası Xankəndində toplandı — DÜŞMƏNİN NÖVBƏTİ TƏXRİBATI

SİYASƏT 11 mar 2019, 19:25

Ermənistanın Təhlükəsizlik Şurası Xankəndində, Azərbaycan torpaqlarında toplanıb.

 

Demokrat.Az xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu özünün "facebook" hesabından bu hadisəyə öz kəskin münasibətini bildirib. O, Paşinyanın Xankəndinə gələrək Ermənistanın Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarında yığışmasını açıq-aşkar təxribat kimi qiymətləndirib:

"Birincisi, Azərbaycan XİN günlərdir həmsədlərin son bəyanatını tərifləməkdənsə başqa dövlətin təhlükəsizlik şurasının ölkəmizdə iclasının keçirilməsinə etiraz etməli, ikincisi, isə bu təxribata görə birbaşa həmsədrlərdən izahat tələb etməlidir. Paşinyan danışıqlar formatını dəyişdirə bilməsə də, bildiyini edir. Xankəndidə də ona görə iclas çağırır ki, müxalifətə - Qarabağ klanına, beynəlxalq aləmə və Azərbaycana separatçılarla eyni mövqedə olduğunu bir daha bəyan etsin".

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top