Bakı Dövlət Universitetinə rektor təyin edildi — SƏRƏNCAM

HADİSƏ 11 mar 2019, 16:44

Prezident İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamla Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.


Xatırladaq ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru idi. 


E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini vəzifəsində çalışır.


2005-ci ildə “Tərəqqi” medalı təltif edilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top