"O qədər deyəcəksiniz ki, axırda məni xəstələndirəcəksiz" — Elmira Süleymanovadan jurnalistlərə QƏZƏBLİ REAKSİYA

HADİSƏ 11 mar 2019, 12:37

Səhhətində problemlərin olması barədə yazılan xəbərlər Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanı özündən çıxarıb. 


Elmira Süleymanova bu barədə yayılan xəbərlərə Demokrat.az-a açıqlamasında əsəbi halda reaksiya verib:


"Jurnalistlər mənim səhhətimi müzakirə etməkdən yorulmadı? O qədər deyəcəksiniz ki, axırda məni xəstələndirəcəksiz. Mən bilmirəm ki, siz jurnalistlər nədən narahatsınız! Mən baxıram sizin (müəllif-jurnalistləri nəzərdə tutur) bu cür hərəkətlərinizə, adamı mat-məəttəl qoyursunuz. Mənə xaricdən də zəng edib soruşurlar ki, Elmira xanım, sizə nəsə olmayıb?! Vallah belə etmək ayıbdır!".

 

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova məzuniyyətə gedib.


“Report”un əldə etdiyi məlumata görə, o, Milli Məclis Ombudsmanın 2018-ci il üzrə illik məruzəsini qəbul etdikdən sonra xarici ölkələrdən birinə məzuniyyətə yollanıb.


Onun hansı xarici ölkəyə getdiyi məlum deyil.


Qeyd edək ki, bir neçə gün bundan əvvəl “Report”a açıqlama verən Elmira Süleymanova sağlamlığında müəyyən problemlərin olduğunu deyib.


Xatırladaq ki, sonuncu dəfə 2010-cu il martın 5-də müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə – 2002-ci il və 2010-ci ildə İnsan hüquqları üzrə müvəkkili seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top