Yardımlıda icra başçısı 30 ərazi nümayəndəliyi və bələdiyyə işçilərinə məcburi tütün əkmək göstərişi ETİRAZ YARATDI

SOSİAL 11 mart 2019, 13:35

Yardımlı rayon sakini olan Elçin Ağayev İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və onun müavini Mahir Mirzəyevin fəaliyyətindən narazılıq edir. 


Bu barədə Demokrat.az-a şikayət məktubu ilə müraciət edən Elçin Ağayev bildirir ki, icra başçısı Ayaz Əsgərov və onun müavini Mahir Mirzəyev Yardımlı rayon İcra Hakimiyyətinə tabe olan 30 ərazi nümayəndəliyinin və 30 bələdiyyənin işçilərinə məcburi şəkildə tütün əkməyi tapşırıq verib. 


"Rayon rəhbərliyinin tapşırığına görə, icra nümayəndəliklərinin hər biri 3 hektar, bələdiyyələrin isə hər biri 1 hektar olmaqla tütün əkib-becərməlidir. İcra başçısı Ayaz Əsgərov və onun müavini Mahir Mirzəyev əks halda həmin icra nümayəndələrini və bələdiyyə sədrlərini vəzifələrindən kənarlaşdırılacağı ilə hədələyirlər. İcra başçısı Ayaz Əsgərov və onun müavini Mahir Mirzəyev açıq şəkildə bildirirlər ki, onlara Prezident Administrasiyasından bununla bağlı tapşırıq verilib. 

 

Картинки по запросу Yardımlı ayaz əsgərov


Digər tərəfdən isə icra başçısının müavini Mahir Mirzəyev Dövlət Məşğulluq Xidmətinin Yardımlı rayon şöbəsinin rəhbərinə və Yardımlı Məşğulluq Mərkəzinin direktoru Fikrət Qəhrəmanova tapşırıqlar verir. Mahir Mirzəyevin icazəsi olmadan kimsəni rayonda işsiz kimi qeydiyyata almaq mümkün deyil. Mən buradan Azərbaycanın müvafiq qurumlarının rəhbərlərinə, o cümlədən əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayevə müraciət edirəm. Xahiş edirəm ki, Yardımlıda baş verən bu cür halları araşdırıb tədbir görəsiniz". 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 noyabr 2024, 13:31
Top