Ramil Usubov tanınmış ailənin oğluna yüksək vəzifə verdi

MARAQLI 11 mar 2019, 11:11

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində kadr dəyişikliyi olub.


Demokrat.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polkovnik-leytenant Mirhəşimov Anar Böyükağa oğlu DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini - Təhqiqat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.  


Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Vüqar İsmayılov sağlamlığında yaranan problemlə əlaqədar öz raportu əsasında təqaüdə göndərilib.(Azadinform)


Demokrat.az əlavə edir ki, Anar Mirhəşimov Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Bakı Şəhər İcra Hakimiyyətində Narkomaniyaya Qarşı Mübarizə Komissiyasının katibi işləmiş Böyükağa Mirhəşimovun oğludur. 

 

Böyükağa Mirhəşimovun digər oğlu olan hüquqşünas Pərviz Mirhəşimov isə prokurorluq orqanlarında çalışır. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top