Milyarder iş adamı cinsiyyət orqanını böyütmək istədi, əməliyyat masasında öldü — FOTO

HADİSƏ 11 mar 2019, 09:59

Dünyanın ən məşhur qiymətli daş-qaş alverçisi kimi tanınan milyarder iş adamı Ehud Arye Laniado Fransanın paytaxtı Paris şəhərində dünyasını dəyişib.


Demokrat.az xəbər verir ki, 65 yaşlı iş adamı penis böyütmə əməliyyatı zamanı infarkt keçirərək ölüb. Əslən İsraildən olan Ehud Arye Belçikada yaşayırdı.


Parisin məşhur “Champs Elysee”də müayinəxanası olan bir plastik cərrahın həyata keçirdiyi əməliyyat zamanı infarkt keçirən Laniado gecə həyatına düşkün idi və müntəzəm olaraq modellərlə görüşürdü. 

Fransa mətbuatı penisinə iynə vurulanda infarkt keçirən Laniadonun ən azı 5 milyard dollar sərvət sahibi olduğunu yazır.


Beynəlxalq mətbuat Laniadonu qeyri-qanuni almaz ticarəti və vergidən yayınma ilə tanıyır. Onun sahibi olduğu “Omega Diamonds” şirkəti iş adamının öldüyü barədə xəbəri təsdiqləyib. 


Yeri mətbuata müsahibə verən Laniadonun dostları “Napoleon kompleksi yaşayırdı. Onun ləqəbi argentinalı idi. Çünki bir tanqo rəqqasına bənzəyirdi. Xarici görünüşünə çox diqqət edirdi” deyiblər.


Qeyd edən ki, dünyanın ən bahalı almazı olan 12.03 karatlıq “Mavi Ay” almazını Honqkongda 48 milyon dollara da məhz Laniado satmışdı.(olke.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top