"Qida Təhlükəsizliyi Agentliyi rüşvət alaraq, bazarda satılan ölü ətinə göz yumur" — Eynulla Fətullayev Qoşqar Təhməzlini korrupsioner adlandırdı

SOSİAL 10 mar 2019, 23:44

"Haqqin.az" və "Virtualaz.org" saytlarının rəhbəri olan tanınmış jurnalist Eynulla Fətullayev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini kəskin şəkildə tənqid edib. 


Demokrat.az xəbər verir ki, jurnalist sözügedən agentliyi korrupsiyaya ən çox bulaşmış dövlət orqanı hesab edir. 


Eynulla Fətullayevin bu barədə fikirlərini təqdim edirik: 

 

Image result for qoşqar təhməzli ət kəsimi


"Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı - Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır. 
Hər səhər, təxminən saat 5.00-dan - 8.00-a qədər Təzə Bazarda ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu qara nöqtənin əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu qara bazardan rüşvət alır və belə cinayətlərə göz yumur... Məncə, bu Agentliyinin fəaliyyəti ciddi nəzarətə götürülməlidir.


 Tanış olun: Qoşqar Təhməzli, Agentliyin rəhbəri, faktiki olaraq özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top