Dünyanın ən yaşlı adamı 53 ildir təqaüd alır — FOTO

MARAQLI 10 mar 2019, 23:59

Dünyada nə vaxtsa hətta 200 ildən çox yaşayan adam olduğunu deyirlər. Amma “Ginnesin rekordlar kitabı” danışılanları fakt saymır. Kitabın versiyasına görə, indi dünyanın ən uzunömürlü adamının 116 yaşı var.

 

Bizimyol.info xəbər verir ki, “Ginnesin rekordlar kitabı”na görə planetin ən yaşlı adamı Yaponiyada yaşayır. Kane Tanaka 1903-cü il yanvarın 2-də doğulub. Kane ailədə yeddinci uşaq olub. Həmişə riyaziyyatı çox sevib. Kane İkinci dünya müharibəsində ərini və oğlunu itirib. Uzun illər mağazada satıcı işləyib. 63 yaşında təqaüdə çıxıb.


Tanaka 103 yaşı olanda ona xərçəng diaqnozu qoyulub. Amma yaşlı qadın xəstəliyə qalib gəlməyi bacarıb.


Kane hər səhər yuxudan saat 6-da oyanır. Uzunömürlülüyün sirri haqda danışmağı xoşlamır.


“Ginnesin rekordlar kitabı”na görə, dünyanın ən yaşlı adamı fransız Janna Kalman olub. O, 122 il 64 gün yaşayıb. Kalman 1997-ci ildə vəfat edib.


“Ginnesin rekordlar kitabı”ndakı uzunömürlülərin siyahısında ilk 100-lükdəki adamlardan yalnlz 4-ü sağdır. Onlardan 2-si yapondur. İtalyan Mariya-Cuzeppa Robuççi-Narcizonun da martın 20-də 116 yaşı tamam olacaq.

Kane Tanaka

 

 

Demokrat.Az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top