Xaçmazda 30 yeşik alma yola dağıldı, hadisə yerinə polis gəldi — VİDEO

HADİSƏ 10 mar 2019, 22:52

Xaçmaz rayonunda yol ilə hərəkətdə olan avtomobilin yükü yerə dağılıb.

 

"Report"un məlumatına görə, Xaçmaz-Quba yolunun 7-ci km-də "QAZel" markalı avtomobilin arxa qapısı açılıb və 30 yeşik alma yola dağılıb.

 

Yükün sahibi olan Zaur Mehdiyev almaları Xaçmaz rayonunun kəndlərindən alaraq, satmaq üçün Sumqayıt şəhərinə aparırmış. Ona təqribən 500 manatdan çox maddi ziyan dəyib.

 

Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top