Azərbaycanda 100-dək məktəbdə ehtiyat dərsliklər istifadə edilir

SOSİAL 10 mar 2019, 22:25

Azərbaycanda "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə hazırlanmış ehtiyat dərsliklər ölkənin seçilmiş 96 məktəbinin 122 sinfində pilot olaraq tətbiq edilir.

 

Demokrat.Az-ın trend-ə istinadən məlumatına görə, dərsliklərin yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanılıb.


2018-ci ildə etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə onların ana dili dərsliklərinin hazırlanması istiqamətində işlər görülüb. Bu məqsədlə dövlət ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün talış dili, ləzgi dili, saxur dili, Xınalıq dili, avar dili üzrə dərslik və müəllim üçün metodik vəsaitlər hazırlanıb.


2018-2019-cu tədris ili üzrə Gürcüstan üçün tədrisin Azərbaycan dilində aparıldığı məktəblərin I-XI sinifləri üçün 24 adda 24127 nüsxə "Azərbaycan dili", "Ədəbiyyat" dərsliyi və metodik vəsaitlər ayrılıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top