Əli Həsənov üçün ƏLAMƏTDAR GÜN

MARAQLI 10 mar 2019, 10:13

Bu gün Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun doğum günüdür.


Demokrat.az xəbər verir ki, o 59 yaşını qeyd edir. Tarix elmləri doktoru, professor, əməkdar dövlət qulluqçusu olan Əli Məhəmmədəli oğlu Həsənov 1960-cı il martın 10-da Şərur rayonunun Tənənəm kəndində anadan olub. 


1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışıb.


Prezidentin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.1-ci dərəcəli dövlət müşaviridir. 


23 fevral 2015-ci ildə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top